Qazax rayonunda yabanı halda bitən üç ton çətənə bitkisi məhv edilib.
Bu barədə Vətəninfo.az-a Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Məlumata görə, “Xaş-xaş 2024” planına uyğun olaraq, Qazax Rayon Polis Şöbəsi ilə Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının birgə həyata keçirdikləri tədbirlər nəticəsində rayonun Məzəm kəndi ərazisində yabanı halda bitən 3 ton (6300 ədəd) çətənə bitkisi toplanaraq məhv edilib.