image-qazagistanbackend

Qazaxıstan KTMT-nın  Kollektiv Qüvvələrinin poliqonuna çevrilir

image-reklam_sirab_01

Sentyabrın 26-dan oktyabrın 8-dək Qazaxıstanda KTMT-nin Kollektiv Çevik Reaksiya Qüvvələrinin bir sıra təlimləri keçiriləcək.

Vətəninfo.az xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Qarşılıqlı fəaliyyət-2022”, “Poisk-2022”, “Eşelon-2022” – bu təlimlər Cambil və Almatı vilayətlərində keçiriləcək.

Respublika Müdafiə Nazirliyindən bildirilib ki, göstərilən manevrlərlə əlaqədar KTMT-yə üzv dövlətlərin hərbi kontingentləri sentyabrın 22-dən sentyabrın 30-dək Qazaxıstana gələcəklər. Onların hərəkəti müxtəlif üsullarla – dəmir yolu və hava nəqliyyatı, eləcə də təkərli hərbi maşınlarda həyata keçiriləcək.

Hərbi kontingentlərin hərəkəti zamanı komendant xidməti, hava hücumundan müdafiə və hərtərəfli təminat məsələləri işlənəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki