image-img-20210622-wa0050backend

Qazilərimizdən Türkiyə millisinə dəstək

image-reklam_sirab_01

20 iyun tarixində “Davam” Gənclər Hərəkatı və xeyriyyəçi Kamil Zeynallının təşkilatçılığı, “YAŞAT” Fondu, “BakuBus” MMC-nin dəstəyi ilə 40-dan çox qazi Bakı Olimpiya Stadionunda “Avro-2020”nin A qrupunun III tur çərçivəsində keçirilən Türkiyə-İsveçrə oyununu izləyib. Oyun zamanı üstünlük təşkil edən Vətən müharibəsi qaziləri ilə yanaşı Aprel döyüşləri veteranları, “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, xeyriyyəçi Kamil Zeynallı da qazilərimizlə birlikdə olub.

Oyun bitdikdən sonra maraqlı anlar yaşanıb. Belə ki, stadionu tərk edən qazilərimizi görən türk azarkeşlər onları böyük coşqu ilə qarşılayıblar. Oyundakı məğlubiyyətə baxmayaraq, azarkeşlərin qazilərlə birlikdə “Qarabağ bizimdir!” deyə qışqırması ətrafdakı hər kəsin marağına səbəb olub. Bu anları özündə əks etdirən görüntülər sosial mediada matçla bağlı ən çox paylaşılan videolar arasında olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki