Qəbələ rayonunda çay kənarında avtomat və patronlar aşkarlanıb.
Bu barədə Vətəninfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə çay kənarından “Kalaşnikov” markalı avtomat, 3 ədəd həmin silaha məxsus daraq və 1089 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.