Yanvarın 19-da QHT-lərə Dövlət Dəstəyi Agentliyində mədəniyyət sahəsində fəaliyyət göstərən bir qrup QHT nümayəndələri ilə görüş keçirilib. Əvvəlcə, 20 Yanvar ərəfəsində keçirilən görüşdə Vətən uğrunda canını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla anılıb. Görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva və Agentliyin digər məsul şəxsləri iştirak edib.
Aparılan müzakirələrdə 20-dən çox QHT təmsilçisi bu sahədə fəaliyyətin gücləndirilməsi üçün müxtəlif təkliflərlə çıxış edib, müvafiq qeydlər götürülüb, suallar cavablandırılıb.
Müxtəlif profil üzrə QHT-lərlə analoji görüşlər davam etdiriləcək.