22 iyun 2026-cı il tarixində “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi-nin sədri Azər Məmmədov “QHT nümayəndələri ilə onlayn məsləhətləşmə” adlı tədbirdə iştirak edib. “Bir pəncərə” prinsipi əsasında yeni maliyyələşdirmə qaydaları, QHT-lərin uyğunluq meyarları və GC8 qrant müraciətinin hazırlanması müzakirə edilib. İcma prioritetlərinin müəyyənləşdirilməsində QHT-lərin fəal iştirakı tövsiyə olunub.
“Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi İİV və vərəm sahəsində icma əsaslı xidmətlərin əlçatanlığının, keyfiyyətinin və dayanıqlılığının gücləndirilməsinə yönələn əməkdaşlığı və dialoqu dəstəkləməyə davam edir.


























