22 iyul 2026-cı il tarixində “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi-nin sədri Azər Məmmədov “Qlobal Fond, dövlət qurumları və QHT-lərlə görüş” adlı tədbirdə iştirak edib. GC8 qrantının hazırlanması, QHT-lərin yeni maliyyələşdirmə mexanizmi, xidmətlərin inteqrasiyası və daxili maliyyələşməyə keçid müzakirə olunub. Miqrantların və gənclərin hədəf qruplara daxil edilməsi, PrEP, rəqəmsal xidmətlər və icma əsaslı proqramların davamlılığı xüsusi vurğulanıb.
“Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi İİV və vərəm sahəsində icma əsaslı xidmətlərin əlçatanlığının, keyfiyyətinin və dayanıqlılığının gücləndirilməsinə yönələn əməkdaşlığı və dialoqu dəstəkləməyə davam edir.


























