Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə növbəti əməliyyat həyata keçirilib.
Bu barədə Vətəninfo.az-a DİN-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bölməyə 1980-cı il təvəllüdlü Sergey Koçetkovun Qobu qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirdiyi barədə məlumat daxil olub. Həmin şəxs saxlanılan zaman ondan 2 kiloqram narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
S.Koçetkov ifadəsində narkotikləri sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının vasitəsi ilə satmaq niyyəti ilə əldə etdiyini bildirib.
Araşdırmalar davam etdirilir.