image-reklam-veteninfo
image-1backend

Qubad İbadoğlunun qardaşına hökm oxundu

image-reklam-veteninfo

İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri Qalib Bayramovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Vətəninfo.az teleqraf-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Qalib Bayramov 8 il müddətə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib və onun barəsində təyin olunan 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası 3 il sınaq müddəti seçilməklə şərti hesab edilib.

Qeyd edək ki, bundan əvvəlki iclasda çıxış edən prokuror Qalib Bayramovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini, qeyd olunan cəzanın 5 il sınaq müddəti olmaqla şərti hesab olunmasını təklif etmişdi.

Qeyd edək ki, Qalib Bayramova qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci ( Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə ), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri Qalib Bayramov Qubad İbadoğlunun qardaşıdır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki