Quba rayonunda doğuş zamanı ana və körpəsi dünyasını dəyişib.
Vətəninfo.az-ın məlumatına görə Xaçmaz rayonunun Hülövlu kənd sakini 2000-ci il təvəllüdlü Nəsirova Samirə Bəhruz qızı doğuş üçün Quba Regional Perinatal Mərkəzə gətirilib. Əməliyyat zamanı o və dünyana gələn köprəsi dünyasını dəyişib. Bu, S.Nəsirovanın ikinci hamiləliyi olub, onun 3 yaşında daha bir övladı var.
Faktla bağlı araşdırma aparılır.r.