image-314bc3b2-26f5-4f7b-9302-d6acb56bad4abackend

Qubadlı da, bu gün öz inkişaf dövrünü yaşayır

image-reklam_sirab_01

Qubadlı da, bu gün öz inkişaf dövrünü yaşayır.

 

Azərbaycanlı olsam da, Qubadlıda heç vaxt olmamışam. Qubadlı haqqında məlumatım, onun Azərbaycan Respublikasının cənub qərbində yerləşməsi, zəngin faydalı qazıntı ehtiyatlarına  malik olması,  31 avqust 1993-cü il tarixdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması və  bu rayonun vaxtilə sakini  olan mərhum Klara adlı həkimdən eşitdiyim xatirələr olmuşlar.

44 günlük Vətən Müharibəsindən bir neçə il əvvəl, bu həkimin ömrünün son günlərində, xəstə olarkən dediyi sözlər xatirimdən çıxmır. Mən onlara, xəstə ziyarətinə qonaq gəldiyim halda, o, isə davamlı, “getmə! səni Qubadlıya aparacağam” deyirdi. “Mənim vətənim, bilirsənmi necə gözəldir!”. “Biz mütləq ora qayıdacağıq!”.

Bir ölümcül xəstənin dilindən eşitdiyim bu sözlər, nə qədər kədərli olsa da, o dövr üçün reallıq deyildi. Söhbətə şahid olanlar, onun üçün, “sayıqlayır”, “fikir vermə” deyirdilər. Mən isə israrla deyirdim ki, nə vaxtsa, doğrudan da Qubadlı azad olunacaq. Çünki, Prezident cənab İlham Əliyevin uzaqgörən siyasətinə inandığım üçün,  ürəyimdə torpaqların azad olunması haqqında inamımı heç vaxt itirməmişdim.

Ali Baş Komandan, yenilməz ordunun Sərkərdəsi, cənab İlham Əliyev və müzəffər ordunun qalibiyyəti nəticəsində Qubadlı da işğaldan azad olundu. Düşündüm ki, nəhayət, həmin rayonun dünyasını dəyişmiş sakinləri, eləcə də Klara xanımın narahat və həsrətli ruhu şad və rahat oldu.

Bu gün sevindirici haldır ki, bütün işğaldan azad olunmuş Qarabağ torpağı və Şərqi Zəngəzur, sanki, böyük abadlıq, quruculuq arenasına bənzəyir. Bu rayonlar, yenidən inkişaf, dirçəlmək, gözəlləşmək naminə, elə bil biri-biriləri ilə eyni vaxtda yarışa girmişlər. Dövlətimizin Başçısı  tərəfindən eyni zamanda bu qədər əməli işlərin sürətlə və zərgər dəqiqliyi ilə həyata keçirilməsi çox möhtəşəm hadisədir.

Nəzərə alsaq ki, bir çox dünya dövlətlərində qarışıqlıq, müharibələr, xaos hökm sürür. Lakin bizim dövlət belə bir çətin şəraitdə 44 gün gecə-gündüz bilmədən ancaq İlhamla irəli gedərək, həm qələbə qazanıb otuz illik həsrətə son qoydu, həm də həmin torpaqlarda, abadlıq-quruculuq işləri aparır. Eyni zamanda da, bu torpaqlarda, mənfur ermənilər tərəfindən basdırılmış minaları təmizləyir.

Prezident cənab İlham Əliyevin və onun xanımı Mehriban xanım Əliyevanın vaxtaşırı bu rayonlara səfər etməsi həmin rayonlarda işləyən sadə vətəndaşdan tutmuş, məmura qədər hər bir insanın məsuliyyətini artırır və stimul verir.

Erməni vandalları tərəfindən, dağıdılmış Qubadlı da, bu gün öz inkişaf dövrünü yaşayır. Belə ki, Prezidentin bu rayona səfəri nəticəsində, televiziya vasitəsi ilə gördüyümüz və şahidi olduğumuz, çəkilən yeni yollar, Qubadlı yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışı bunlara əyani sübutdur.

Bu gün Azərbaycan öz qalibiyyəti ilə dövlətlər içində  hörmət və söz sahibidir. İmzanız  bizim üçün çox dəyərlidir!  Çünki cənab Prezident, imzanız xoşbəxt gələcəyimizin təminatıdır.

Hal-hazırda görülən işlər, Qubadlının ətraf rayonlardakı kimi, gözəl gələcəyinə işarədir.  Azərbaycanı dövlət kimi, nə vaxtsa xəfifə alanlar, hal-hazırda vətənimizin necə güclü və möhtəşəm olmağını görürlər. Bütün bu nailiyyətləri bizə yaşadan  möhtərəm Prezidentimin uzaqgörən siyasətinin, düzgün dövlət idarə etməsinin bariz nümunəsidir.

 

 

Cəmilə Ağayeva

Suraxanı rayonu Əmircan bələdiyyəsinin sədri

Конец формы

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki