image-04backend

Qubadlı yenidən qurulacaq

image-reklam_sirab_01

Bu günlərdə 44 günlük müharibənin hər bir gününə şanlı səhifələrlə  yazılmış qələbə tarixlərinin ildönümünü qeyd edirik. Son zamanlar bizi daha da qürürlandıran hadisələrədən biri də Prezident, Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad olunmuş ərazilərimizə səfərləri və bu səfərlər çərçivəsində həmin ərazilərdə aparılan quruculuq işləri ilə tanış olmaları, ictimaiyyət nümayəndələri ilə görüşlərin keçirilməsidir. Bu baxımdan oktyabrın 25-də Qubadlı rayon ictimaiyyəti ilə təşkil edilmiş görüş xüsusi əhəmiyyətə malikdir.

Qubadlının işğaldan azad edildiyi gün rayon sakinlərinin yaddaşında əbədi olaraq qalacaqdır. Çünki, ötən ilin 27 sentyabrınadək Qubadlı sakinləri ana yurdlarını öz xatirələrində yaşadırdı. Lakin Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun başladığı 44 günlük Vətən müharibəsi nəticəsində doğma yurdumuz düşməndən azad edildi. Bu gün əlçatmaz görünən xəyallar, arzular gərçək oldu. Artıq Qubadlı rayonu azaddır və burada aparılan bərpa-quruculuq işləri nəticəsində rayon sakinləri tezliklə öz yurdlarına qayıdaraq  yaşayıb, yaradacaqdır.

Qubadlının azad edilməsi Vətən müharibəsinin taleyini həll edən ən əsas amillərdən biri oldu. Belə ki, Qubadlıdan sonra Azərbaycan Ordusu Laçının cənub hissəsində yerləşən kəndləri də azad etdi. Bununla da Gorus-Şuşa-Kəlbəcər-Qubadlı arasında yerləşən, strateji baxımdan çox əhəmiyyətli olan, təbii resurslarla zəngin, Qarabağla Zəngəzur arasında möhtəşəm bir körpü rolunu oynayan Laçın dəhlizi nəzarətə götürüldü və Şuşa azad olundu.

30 ilə yaxın işğal dövründə düşmən digər rayonlarımızda olduğu kimi Qubadlı rayonunu da viran etmişdir. Lakin, qələbəmizdən sonra Prezident İlham Əliyevin oktyabrın 25-də imzaladığı “Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Qubadlı şəhərinin Baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında” Sərəncamda da Qubadlının təbiəti, tarixi keçmişinin nəzərə alınması dövlət başçısı tərəfindən xüsusi diqqətdə saxlanılıb. Bu barədə cənab Prezident rayon ictimaiyyəti ilə görüşündə də bildirmişdir: “Biz Qubadlı rayonunun bütün kəndlərini, o cümlədən Qubadlı şəhərini yenidən quracağıq. Qubadlı şəhərinin Baş planı hazırlanır və yəqin ki, yaxın aylarda təqdim ediləcək, o cümlədən Qubadlı ictimaiyyətinə təqdim ediləcəkdir. Əlbəttə ki, bu Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq.”

 

Aysel Mənsimova – politoloq

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki