Vətəninfo.az xəbər verir ki, İngiltərə çempionu “Mançester Siti”nin kataloniyalı baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının sondan əvvəlki turunda Fransa çempionu PSJ-yə 2:4 hesablı məğlubiyyəti şərh edib.
“PSJ iki qoldan sonra öz qabiliyyətlərinə inanaraq daha sürətli və daha yaxşı oynadı. Ən güclü komanda qalib gəldi. “Brügge” ilə ev oyununda pley-offa çıxmaq üçün son şansımız olacaq.
Əgər qalib gələ bilməsək, bu, pley-offa layiq deyilik. Bu reallıqdır. Biz bir neçə xal qazandıq və bunu qəbul etməliyik”, – deyə Qvardiola TNT Sports telekanalına istinadla xəbər verir.
7 turdan sonra “Mançester Siti” 8 xalla 25-cidir. Pley-offa 24 komanda çıxacaq.