image-reklam-veteninfo
image-1backend

Qvardiola:” “Qızıl top”a Yamal və Dembelenin haqqı çatır”

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, “Mançester Siti”nin kataloniyalı baş məşqçisi Xosep Qvardiola 2025-ci ildə “Qızıl top”un favoriti kimi Fransanın PSJ klubunun fransalı hücumçusu, Çempionlar Liqasının qalibi Usman Dembele və İspaniya çempionu “Barselona”nın və Avropa çempionu İspaniyanın hücumçusu Lamine Yamalı seçib.

“Kim “Qızıl top”u qazansa, o deməkdir ki, o, buna layiqdir. Bu, Dembeleyə gedə bilər. O, hər şeyi qazandı.”

Sport.es saytı Qvardiolanın sözlərindən sitat gətirib: “Yamalın artıq 17 yaşında “Qızıl top”a əsas namizədlərdən biri olması qürur duymaq üçün səbəbdir”.

Ötən klub mövsümündə Dembele 49 matçda iştirak edib, 33 qol vurub və 15 məhsuldar ötürmə edib.

Yamal 55 oyunda 18 qol vurub və 25 məhsuldar ötürmə edib.

Ötən il “Mançester Siti”nin ispaniyalı yarımmüdafiəçisi Rodri “Qızıl top”u qazanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki