Bakının Sabunçu rayonunda gənc kanalizasiya qovşağına yıxılaraq xəsarət alıb.
Rayonun Ramana qəsəbəsində 1997-ci il təvəllüdlü Bayramov Kənan Zeynal oğlu ehtiyatsızlıqdan qapağı olmayan kanalizasiya qovşağına yıxılıb.
O, xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.