Deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən iclasında Birinci Qarabağ müharibəsində şəhid verən ailələrin ev problemini qaldırıb.
Veteninfo.az xəbər verir ki, Razı Nurullayev bununla bağlı Milli Məclis sədrinə müraciət edib:
“Birinci Qarabağ müharibəsində şəhid verən yüzlərlə ailə hələ də evlə təmin edilməyib. Ev deyə-deyə dünyadan köçdülər. Bu şəxslər dünyasını dəyişəndən sonra ailə şəhid ailəsi statusunu itirir və öz hesabına ev almaq məcburiyyətində qalır. Bununla bağlı İmişli rayonundan mənə müraciətlər olub. Məsələyə diqqət ayrılmağını xahiş edirəm”.