image-156836backend

“Real” dan çətin, “Arsenal”dan asan qələbə – Video

image-reklam_sirab_01

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda İspaniya çempionu və Çempionlar Liqasının kubokunun qalibi “Real Madrid” Madrid derbisində “Atletiko Madrid”i qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.

Vətəninfo.az xəbər verir ki, italiyalı Karlo Ançelottinin rəhbərlik etdiyi komandadan braziliyalı hücumçu Rodriqo və mərakeşli yarımmüdafiəçi Brahim Diaz fərqlənib.

Argentinalı Dieqo Simeonenin rəhbərlik etdiyi komandanın qolunu argentinalı hücumçu Julian Alvares vurub.

İngiltərə ikincisi Londonun “Arsenal”ı Hollandiyanın PSV Eyndhoven klubunu qəbul edib. İspan Mikel Artetanın rəhbərlik etdiyi komanda 7:1 hesabı ilə qalib gəlib.

“Borussiya Dortmund” və Fransanın “Lill” klubları 1:1 hesablı heç-heçə edib.

Bundan əvvəl İngiltərənin “Aston Villa” klubu səfərdə Belçikanın “Brügge” klubunu 3:1 hesabı ilə məğlub edib.

Cavab görüşləri martın 12-də baş tutacaq.

Çempionlar Liqası, 1/8 final, ilk oyun

Real Madrid (İspaniya) – Atletico Madrid (İspaniya): 2:1 ( video )

Rodriqo, 4, Braim Diaz, 55 – Culian Alvares, 32

PSV Eindhoven (Hollandiya) – Arsenal (İngiltərə): 1:7 ( video )

Noah Lanq, 43, 11 m – Jurien Timber, 18, Ethan Nwaneri, 21, Mikel Merino, 31, Martin Odegaard, 47, 73, Leandro Trossard, 48, Riccardo Calafiori, 85

Borussia Dortmund (Almaniya) – Lill (Fransa): 1:1 ( video )

Kərim Adeyemi, 22 – Hakon-Arnar Haraldsson, 68

 Club Brugge (Belçika) – Aston Villa (İngiltərə): 1:3 ( video )

Maksim De Kuyper, 12 – Leon Beyli, 3, Brandon Meçele, 82, avtoqol, Marko Asensio, 86, penalti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image