İspaniya çempionu və Çempionlar Liqasının qalibi “Real Madrid” İngiltərə “Liverpul”unun sağ cinah müdafiəçisi Trent Alexander-Arnold ilə razılığa gəlib.Vətəninfo.az Cadena Ser-ə istinadən xəbər verir ki, tərəflər 4 illik müqavilə imzalayacaqlar.
Trent Alexander-Arnold Liverpool ilə yeni müqavilə imzalamaqdan imtina edib və yayda azad agent olacaq.
Bu mövsüm 26 yaşlı futbolçu 35 matçda iştirak edib, 3 qol vurub və 7 məhsuldar ötürmə edib.
Transfermarkt onun transfer dəyərini 75 milyon avro qiymətləndirir.