image-reklam-veteninfo
image-1backend

Real Madrid-in üç ulduzu baş məşqçi Xabi Alonsodan narazıdır – Cadena SER

image-reklam-veteninfo

Madrid klubu “Real Madrid”in futbolçuları Vinisius Junior, Federiko Valverde və Jude Bellinqhem komandanın baş məşqçisi Xabi Alonsonun işindən narazıdır. Vətəninfo.az xəbər verir ki, bu barədə   Cadena SER məlumat yayıb.

Məlumata görə, Vinisius Junior Alonsonun ona qarşı ədalətsiz davrandığını düşündüyü üçün Madrid klubu ilə müqaviləsini yeniləməkdən imtina edib. Federiko Valverde isə yarımmüdafiədə oynamaq istəyir, lakin baş məşqçi onu mərkəz yarımmüdafiəçisi kimi yox, sağ cinah müdafiəsində görür. Jude Bellinqhem isə Alonsonun sistemində öz yerini tapa bilmir və məşqçinin ondan maksimum yararlandığına inanmır.

Qeyd edək ki, “Real Madrid” İspaniya çempionatında ardıcıl iki matçda qalib gələ bilməyib. Komanda “Rayo Valyekano” (0:0) və “Elçe” (2:2) ilə heç-heçə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki