image-reklam-veteninfo
image-1backend

“Real Madrid” Vinisiusu 150 milyon avroya satmağa hazırdır

image-reklam-veteninfo

“The Touchline” qəzetinin verdiyi məlumata görə, “Real Madrid” 150 milyon avrodan başlayan qiymət təklifləri alacağı təqdirdə, braziliyalı hücumçu Vinisius Juniorun transferini müzakirə etməyə hazırdır.

Kral Klubu və 26 yaşlı futbolçu müqavilənin uzadılması ilə bağlı razılığa gələ bilmirlər. Müqavilənin müddəti gələn mövsümün sonunda başa çatacaq.

İngiltərə çempionu “Arsenal” Vinisius Juniorun xidmətlərində maraqlıdır.

Vinisius Junior 2018-ci ildən bəri “Real Madrid”də oynayır, 375 oyunda 128 qol vurub və 100 məhsuldar ötürmə edib.

“Transfermarkt” onun transfer dəyərini 140 milyon avro olaraq qiymətləndirir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki