image-thumbs_b_c_71190b5729b36b010c206722624221d2backend

Rəcəb Tayyib Ərdoğan Rusiyaya getdi

image-reklam_sirab_01

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərinə yola düşüb.

Dövlət başçısını bu səfərdə Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan, Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun və prezidentin sozçüsü İbrahim Kalın müşayiət edir.

Rəcəb Tayyib Ərdoğan və Rusyanın dövlət başçısı Vladimir Putin prezidentin rəsmi iqamətgahında görüşəcəklər.

Məlumata görə, Ərdoğanın Putinlə görüşündə Türkiyə ilə Rusiya arasında ikitərəfli əlaqələr, həmçinin cari regional inkişaf və beynəlxalq problemlər, xüsusilə Suriya, Liviya və Əfqanıstanda baş verənlər müzakirə ediləcək.

Mənbə: “Anadolu Agentliyi”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki