Rəşad Dağlı və başqalarının əfv məsələsi gündəmdədir.
Vətəninfo.az bakıvaxtı.az-a xəbər verir ki, bunu Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib.
Onun sözlərinə görə, böyük bir əfv fərmanının verilməsi təşəbbüsü ilə çıxış ediblər:
“İstəyirik ki, bir dəfə böyük bir əfv fərmanı verilsin, Rəşad Dağlı, Anar Məmmədov, Natiq Cavadlı və başqaları azadlığa çıxsınlar. Onların adları siyahımızdadır. İstəyirik ki, hamısı bir yerdə azad edilsin. Təklif etmişik, görək necə olur”.
O, böyük əfvin baş tutub-tutmayacağı və ya nə zaman reallaşacağı barədə söz deyə bilməyəcəyini deyib:
“Bizə nə Avropa Şurası, nə də Avropa İttifaqı təzyiq göstərə bilər. Özümüz bu addımı atmalıyıq. Öz dövlətimiz yükü çiyinlərinə götürüb bunu etməlidir. Biz təklif etmişik, müsbət qarşılanıb. Ümidvaram ki, baş tutacaq”.


























