image-42backend

Robert Sekuta: “Beynəlxalq ictimaiyyət Şuşanın dirçəldilməsinə kömək barədə düşünməlidir”

image-reklam_sirab_01

“Beynəlxalq ictimaiyyətin Şuşanın dirçəldilməsinə necə kömək edə biləcəyi məsələsi vacib əhəmiyyət kəsb edir”.

Bunu “Report”a ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta bildirib.

“Tarixi abidələrə və boş qalmış mənzillərə baxanda bu şəhəri yenidən dirçəltmək məsələsi ortaya çıxır”, – diplomat VIII Qlobal Bakı Forumu çərçivəsində Şuşaya səfəri zamanı deyib.

O, müharibənin getdiyi bir çox ölkələrdən olan şəxslərlə görüşdüyünü söyləyib: “Keçmişin öhdəsindən gəlmək çox emosional bir məqamdır. Beynəlxalq ictimaiyyət Şuşanın dirçəldilməsinə necə kömək edə biləcəyi barədə düşünməlidir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki