“Mançester Siti”nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri “Avro-2024”ün ən yaxşı futbolçusu seçilib. Vətəninfo.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Xatırladaq ki, İspaniya Avropa çempionatının finalında İngiltərəyə 2:1 hesabı ilə qalib gələrək çempion olub. Rodri çempionatda bütün matçlarda İspaniya millisinin start heyətində iştirak edib. O, Gürcüstanla 1/8 finalda qol vurub. Finalda yaranan fasilə zamanı zədə səbəbindən meydanı tərk etməli olub.
Xatırladaq ki, Avro-2020-nin ən yaxşı idmançısı italiyalı qapıçı Canluici Donnarumma seçilib.