image-reklam-veteninfo
image-1backend

Ronaldo cəzalı duruma düşdü, amma…

image-reklam-veteninfo

Portuqaliyanın ulduz hücumçusu Kriştiano Ronaldo 1 oyunluq diskvalifikasiya alıb. “Record”un məlumatına görə, buna baxmayaraq o, 2026-cı il dünya çempionatında Portuqaliyanın bütün oyunlarında iştirak edə biləcək.

İrlandiya ilə keçirilən dünya çempionatının seçmə matçında (0:2) Ronaldo rəqibini arxadan dirsəklə vurduğu üçün qırmızı vərəqə ilə meydandan qovulub. Bu, onun milli komanda ilə keçirdiyi 226 oyun ərzində aldığı ilk qırmızı vərəqədir.

Portuqaliya Futbol Federasiyası (FPF) futbolçunun bir matçdan artıq cəza almasının qarşısını almaq məqsədilə FİFA-ya müraciət edəcəyini açıqlayıb.

Beləliklə, Ronaldo cəzasını Ermənistan yığmasına qarşı son seçmə oyununu buraxmaqla artıq çəkmiş hesab olunur.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək və ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi ilk mundial olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki