image-152711backend

Ronaldo: Mən bu barədə xəyal edirdim

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunun 39 yaşlı hücumçusu Kriştianu Ronaldo karyerasında 900-cü qola sosial şəbəkələrdəki paylaşımı ilə cavab verib.

Millətlər Liqasının ilk turunda Portuqaliya Xorvatiyaya 2:1 hesabı ilə qalib gəlib, Ronaldo Portuqaliya yığmasının ikinci qolunu vurub.

“Mən bunu xəyal edirdim və hələ daha çox hədəflərim var. Hər kəsə təşəkkür edirəm”, – Ronaldo yazıb.

O, tarixdə rəsmi oyunlarda 900 qol vuran ilkdir.

Ronaldo Portuqaliya “Sportinq”ində 5, İngiltərə “Mançester Yunayted”ində 145, “Real Madrid”də 450, İtaliyanın “Yuventus”unda 101, “Əl Nəsr”də 68, Portuqaliya millisində 131 qol vurub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki