Bloomberg-in məlumatına görə, Kriştiano Ronaldo milyarder olan ilk futbolçu oldu.
Bloomberg Milyarderlər İndeksinə görə, Səudiyyə Ərəbistanının “Əl-Nassr” klubu ilə 400 milyon dollardan çox dəyəri olan müqavilə 40 yaşlı portuqaliyalının sərvətini 1,4 milyard dollara yüksəldib.
Qeyd edək ki, Kriştianu Ronaldu karyerası ərzində ölkəsinin “Sportinq”, İngiltərənin “Mançester “Yunayted”, İspaniyanın “Real Madrid” və İtaliyanın “Yuventus” klublarında çıxış edib