Vətəninfo.az xəbər verir ki, Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunun 39 yaşlı hücumçusu Kriştianu Ronaldo “Qızıl top” mükafatı haqda danışıb.
“Şübhəsiz ki, Vinisius keçən ilin ən yaxşısı idi və o, “Qızıl top”u qazanmalı idi, lakin bu mükafat artıq nüfuzlu deyil.” Keçən il Vinni ilə eyni vəziyyətdə idim. O, ən yaxşı olmağa layiq idi, amma bu mükafatı almadı. Madrid Zone nəşri Ronaldodan sitat gətirib: “Artıq bu seçimə heç bir inam yoxdur”.
Xatırladaq ki, 2024-cü ildə “Qızıl top” İngiltərə çempionu “Mançester Siti”nin və Avropa çempionu İspaniyanın yarımmüdafiəçisi Rodriyə verilib. Səsvermədə ikinci yeri “Real Madrid”in braziliyalı hücumçusu Vinisius Junior tutub.