Cristiano Ronaldo və Lionel Messinin “Wikipedia” səhifələri platformanın ən çox baxılan məqalələri siyahısına düşüb.
Vətəninfo.az xəbər verir ki, “Wikipedia”nın 25 illiyi münasibətilə bu günədək ən çox oxunan 25 məqalənin siyahısı açıqlanıb. Reytinqdə Cristiano Ronaldo 6-cı, Lionel Messi isə 11-ci pillədə qərarlaşıb.
Məlumata görə, Ronaldonun səhifəsi 209,26 milyon, Messinin səhifəsi isə 169,03 milyon dəfə oxunub.
Ən çox oxunan məqalələrin ilk onluğu belədir:
İllərə görə ölənlərin siyahısı – 647,03 milyon
ABŞ – 328,5 milyon
Donald Tramp – 325,4 milyon
Kraliça II Elizabet – 253,39 milyon
Hindistan – 210,78 milyon
Cristiano Ronaldo – 209,26 milyon
Barak Obama – 200,62 milyon
Elon Mask – 197,56 milyon
II Dünya müharibəsi – 196,19 milyon
Birləşmiş Krallıq – 180,99 milyon
Siyahıya həmçinin Lionel Messi, Maykl Cekson, “Game of Thrones” serialı, Adolf Hitler, Eminem, Taylor Swift və digər məşhur şəxslər, eləcə də tarixi hadisələr daxil edilib.


























