Vətəninfo.az xəbər verir ki, Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunun 40 yaşlı hücumçusu Kriştianu Ronaldonun oğlu Portuqaliyanın 15 yaşadək futbolçulardan ibarət komandasında debüt edib.
Xorvatiyada keçirilən turnirdə 14 yaşlı Kriştianu Ronaldo Portuqaliyanın U-15 komandasının tərkibində Yaponiyanın U-15 komandası ilə qarşılaşmada iştirak edib. Portuqallar 4:1 hesabı ilə qalib gəlib. Ronaldonun oğlu 54-cü dəqiqədə əvəzedici heyətlə meydana daxil olub.
Cristiano Ronaldo Jr. Əl Nəsrinin gənclər komandasında çıxış edib.
Mayın 14-də Portuqaliyanın U-15 komandası Yunanıstanla mübarizə aparacaq.