image-reklam-veteninfo
image-1backend

Ronaldonun son dueli başlayır – Bir avtoqolun “öldürdüyü” Eskobarın vətəni döyüşə atılır və Keyn, Modriç…

image-reklam-veteninfo

Dünya Çempionatı-2026-nın yeddinci günüdür. İyunun 17-dən 18-nə keçən gecə də çox maraq doğuran qarşılaşmalar var. Bunlar həm K, həm də L qruplarında qüvvələr nisbətinə ciddi təsir göstərə biləcək oyunlardır. Portuqaliya, İngiltərə və Kolumbiya kimi favoritlər turnirə başlayır, eyni zamanda Özbəkistan və Konqo Demokratik Respublikası kimi tarix yazmağa çalışan komandalar da diqqət mərkəzində olacaq. Bu oyunlar mundialın qrup mərhələsinin son açılış görüşləri hesab olunur.

Portuqaliya-Konqo DR (17 iyun, 21:00) Ronaldo nəslinin son böyük yürüşü də adlandırmaq olar.
WhatsApp Image 2026-06-17 at 12.35.33.jpeg (522 KB)

Portuqaliya dünya futbolunun son 25 ildə ən dayanıqlı millilərindən biridir. Onlar dünya çempionatlarında ilk böyük uğurlarını 1966-cı ildə qazanaraq Eysebionun rəhbərliyi altında üçüncü yerə sahib olublar. Daha sonra uzun fasilədən sonra 2002-ci ildə mundiala qayıdan portuqallar 2006-cı ildə yarımfinala qədər yüksəlib, 2022-ci ildə isə dörddəbir final oynayıblar.

Komandanın əsas siması yenə də Kriştiano Ronaldodur. 41 yaşı olmasına baxmayaraq, o hələ də Portuqaliya futbolunun simvoludur. Onun ətrafında Bruno Fernandeş, Bernardo Silva, Rafael Leao, Vitinya, Joao Neveş, Ruben Dias və Nuno Mendeş kimi dünya səviyyəli ulduzlar formalaşıb.

Portuqaliya yalnız qrupun deyil, bütün turnirin əsas favoritlərindən biri sayılır. Bir çox mütəxəssis onları ilk 5 çempionluq namizədi sırasında göstərir.

WhatsApp Image 2026-06-17 at 12.35.42.jpeg (386 KB)

Konqo Demokratik Respublikası mundial tarixində ikinci dəfə iştirak edir. Onların ilk və yeganə çıxışı 1974-cü ildə olmuşdu. İndi isə 52 ildən sonra yenidən dünya çempionatına qayıdıblar. Komandanın heyətində Premyer Liqa və Avropanın aparıcı liqalarında çıxış edən futbolçular var. Şansel Mbemba, Aksel Tuanzeba, Aaron Van-Bissaka, Yoan Vissa, Sedrik Bakambu kimi oyunçuların adlarını çəkmək olar.

Konqo DR qrupun sürpriz komandası hesab edilir. Məqsəd ən azı üçüncü yeri tutmaq və ən yaxşı üçüncülərdən biri kimi pley-offa çıxmaqdır.

Portuqaliya açıq favoritdir. Ronaldo və Bruno Fernandeşin rəhbərliyi altında avropalıların qələbəsi gözlənilir. Portuqaliyanın qrupdan çıxmaq şansı 90%, Konqo DR-nin isə 25% dəyərləndirilir.

WhatsApp Image 2026-06-17 at 12.36.46.jpeg (135 KB)

İngiltərə-Xorvatiya (18 iyun, 00:00)

İngilislər futbolun vətəni sayılır və dünya çempionatının ən köklü komandalarından biridir. Amma buna baxmayaraq, onların yeganə çempionluğu 1966-cı ildə əldə olunub. Son illərdə isə daim favoritlər sırasında yer alırlar.

Son nəticələri belədir:

2018-yarımfinal

2022-dörddəbir final

2026-nın isə əsas favoritlərindən biridir.

Hazırkı heyət bəlkə də son 20 ilin ən güclü İngiltərəsidir:

Harri Keyn

Cud Bellinqem

Bukayo Saka

Fil Foden

Deklan Rays

Koul Palmer

Baş məşqçi Tomas Tuxel komandanı dünya çempionluğuna aparmaq üçün gətirilib.

Xorvatiya isə çox kiçik olan bir ölkənin böyük futbol möcüzəsidir. Cəmi 4 milyon əhalisi olan Xorvatiya son iki mundialın ən uğurlu komandalarından biridir.

WhatsApp Image 2026-06-17 at 12.37.02.jpeg (481 KB)

Uğurları:

1998-üçüncü yer

2018-finalçı

2022-üçüncü yer

Bu nəticələr onları son 30 ilin ən uğurlu milli komandalarından birinə çevirib.

Luka Modriç artıq veteran yaşına çatsa da, hələ də komandanın beyni sayılır. Onun yanında Yoşko Qvardiol, Mateo Kovaçiç və Andrey Kramariç kimi təcrübəli futbolçular var. Bu qarşılaşma gecənin ən prinsipial və keyfiyyətli oyunu ola bilər. İngiltərə favorit sayılsa da, Xorvatiyanı heç vaxt hesabdan silmək olmaz.

Qrupdan çıxmaq şansına gəldikdə, kontorlar İngiltərəni 85%, Xorvatiyanı isə 70% dəyərləndirirlər. İstənilən halda hər iki güclü millinin ilk 32-likdə görəcəyik, bir möcüzə baş verməzsə…

Qana-Panama (18 iyun, 03:00)

Birincilər Afrika futbolunun simvollarından biridir və dünya çempionatlarında həmişə maraqlı komandalar sırasında olub. İştirakları 2006, 2010, 2014, 2022 və bu ildir. Ən böyük uğurları 2010-cu ildə dörddəbir final oynamaq olub. Hətta Uruqvayla oyunda yarımfinalın bir addımlığında idilər.

Hazırkı heyətdə Mohammed Kudus, İnyaki Uilyams, Tomas Partey, Məhəmməd Salisu kimi peşəkar futbolçular yer alır. Qana sürətli və fiziki futbolu ilə seçilir.

WhatsApp Image 2026-06-17 at 12.37.41.jpeg (431 KB)

Panama isə son illərdə futbolda davam edən inkişaf deməkdir…İlk dəfə 2018-ci ildə mundiala çıxıb və bu onların ikinci dünya çempionatıdır. Komanda artıq əvvəlki illərlə müqayisədə daha təcrübəlidir. Əsas məqsəd qrupdan çıxmaq yox, rəqabətə davamlı olmaqdır.
Proqnozlara görə, Qana daha keyfiyyətli heyətə malikdir və bu oyunun açıq favoriti sayılır. Amma bunu əminliklə söyləmək bir qədər çətindir.

Qrupdan çıxmaq şansınlarında Qana 55%, Panama 20% göstərilir.

WhatsApp Image 2026-06-17 at 12.37.48.jpeg (656 KB)

Gələk azərbaycanlı azarkeşlərin də dördgözlə gözlədiyi Özbəkistan-Kolumbiya (18 iyun, 06:00) oyununa.

Özbəkistan debütant sayılır. Bu oyun Özbəkistan futbolu üçün tarixi hadisədir. Komanda ilk dəfə dünya çempionatında iştirak edir. Baş məşqçi hamının yaxşı tanıdığı Fabio Kannavarodur. O, futbolçularını qorxmamağa və tarixi fürsətdən zövq almağa çağırıb.

WhatsApp Image 2026-06-17 at 12.39.07.jpeg (558 KB)

Komandanın ən böyük ulduzu Abduqodir Xusanovdur. “Mançester Siti”nin müdafiəçisi artıq Avropanın ən perspektivli futbolçularından biri hesab olunur.

Kolumbiyanı daha çox böyük bir futbol faciəsi ilə xatırlayırıq. Tarix 1994, ABŞ ilə oyunda vurduğu avtoqola görə vətəninə qayıdarkən vəhşicəsinə öldürülən Andres Eskobarın vətəni…

WhatsApp Image 2026-06-17 at 12.32.09.jpeg (592 KB)

Hazırkı Kolumbiya oyunçuları Qızıl nəslin davamçıları sayılır. Dünya çempionatlarında 7-ci dəfə iştirak edirlər. Ən böyük uğurları isə 2014-cü ildə dörddəbir finala yüksəlmək olub.

WhatsApp Image 2026-06-17 at 12.32.09 (1).jpeg (111 KB)

Bu komandanın əsas silahları Luis Dias, Con Duran, Riçard Rios və Davinson Sançesdir. Xüsusilə, Luis Dias hazırda dünyanın ən təhlükəli cinah hücumçularından biri hesab olunur.

Qələbə sanslarına gəldikdə, Kolumbiya təcrübə və keyfiyyət baxımından üstün görünür. Lakin mundial tarixində debütantların yaratdığı sensasiyalar az olmayıb.

Qrupdan çıxmaq şansları Kolumbiyanın 75%, Özbəkistanın 35%-dir.

Qrupların ümumi mənzərəsi bu cürdür:

K qrupunda Portuqaliya əsas favoritdir. İkinci yer uğrunda isə Kolumbiya ilə Özbəkistan arasında maraqlı mübarizə gözlənilir. Konqo DR sürpriz edə biləcək komandadır.

L qrupunda isə İngiltərə və Xorvatiya favorit hesab olunur. Qana qrupun “gizli təhlükəsi”dir. Panama üçün hər xal böyük uğur olacaq…

WhatsApp Image 2026-06-17 at 12.39.33.jpeg (238 KB)

Bu səkkiz komanda arasında dünya çempionluğu uğrunda ən real namizədlər İngiltərə, Portuqaliya və Xorvatiyadır. Kolumbiya və Qana uğurlu turnir keçirə bilsə də, onların çempionluq ehtimalı daha aşağıdır. Özbəkistan, Panama və Konqo DR üçün isə əsas hədəf qrup mərhələsini keçmək və tarix yazmaqdır. Bu səbəbdən iyunun 17-dən 18-nə keçən gecə təkcə qrup oyunlarının başlanğıcı deyil, həm də Ronaldo, Keyn, Bellinqem, Modriç, Luis Dias və Xusanov kimi ulduzların mundial səhnəsində ilk böyük imtahanı olacaq.Musavat.com




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki