image-624bf4884e3f6624bf4884e3f71649144968624bf4884e3f4624bf4884e3f5backend

Rüfət Quliyev: “Satışda vaxtı keçmiş qida məhsulları və dərmanlar var”

image-reklam_sirab_01

“Bu gün bizim üçün ən vacib məsələ iqtisadi artım, inflyasiya ilə mübarizə və sosial problemlərin tezliklə həll olunmasıdır”.

Veteninfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlametin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib.

Deputat bildirib ki, bu gün ticarət şəbəkələrində kifayət qədər vaxtı keçmiş qida məhsulları satılır: “Aidiyyəti qurum bu məsələdə işləyir. Amma elə məsələlər var ki, dövlət bunu nəzarətə götürməlidir. Bu məsələyə dövlətin nəzarəti yüksək olmalıdır. Digər tərəfdən, bizdə satışda vaxtı keçmiş dərmanlar və onların tərkibləri barədə ciddi nəzarətə ehtiyac var. Dərmanların həm qiymət, həm də keyfiyyətinə nəzarət artırılmalıdır. Başqa məsələ xaricdə olan tələbələrdir. Bu tələbələrin ölkəyə qayıtmasına kömək etmək lazımdır. Onlar Azərbaycan vətəndaşıdır. Sonda isə istərdim ki, icbari tibbi sığorta ilə bağlı dinləmə keçirilsin”.

Sədr Sahibə Qafarova isə bildirib ki, belə bir dinləmə keçiriləcək: “Artıq icbari tibbi sığorta ilə bağlı dinləmə keçiriləcəyini bilirik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image