image-rusbackend

Rus sülhməramlıları Azərbaycanın ərazisindəki ermənilərə humanitar yardım paylayıb

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki, Russiya sülhməramlı kontingentin rəhbərliyi yenə də rəsmi Bakının icazəsi olmadan başınabuyruq addımlar atmaqdadırlar. Bu dəfə Rusiya sülhməramlı kontingen  Rusiya və Ermənistan “xeyriyyə fond”larının nümayəndələri ilə birlikdə Azərbaycanın  Rus sülhməramlı kontingentin nəzarəti altında olan ərazilərində yaşayan ermənilərə humanitar yardımlar çatdırıblar.  Rus Sülhməramlı kontingentin telegram kanalının yaydığı məlumnatda dehyilir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyi aksiyanın Əsgəran rayonunun Xramort kənd məktəbində keçirib. Aztəminatlı ailələrə 1,2 ton humanitar yardım çatdırılıb.

 

“Əsgəran rayonunun Xramort kəndində  “Mərhəmət” xeyriyyə təşkilatlarının birliyi ilə humanitar aksiya aparılır. 320-dən çox ailəyə humanitar yardım göstəriləcək”- deyən Rusiya sülhməramlı kontingentinin sözçüsü Dmitri Tusidin  vurğulayıb ki,ilk növbədə kənd məktəblilərinə məktəb ləvazimatları verilir.

 

Gələcəkdə çoxuşaqlı ailələrə yardım göstərəcəklərini bildirən Tusidin deyib ki,paltar, ayaqqabı, ilkin ehtiyacları təmin etməyi planlaşdırırlar. Yaxın vaxtlarda humanitar aksiya çərçivəsində iki dizel generatoru  da təhvil veriləcək. Biri məktəbə, biri kənd rəhbərliyinə.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki