image-image_750x_65800362ce6d8backend

Rusiya İran və Türkiyədən yumurta alacaq

image-reklam_sirab_01

Avrasiya İqtisadi Komissiyasının Şurası üçüncü ölkələrdən Rusiyaya yumurta idxal rüsumunun sıfıra endirilməsi barədə qərar qəbul edib. Vətəninfo.az xəbər verir ki, Rusiya 2024-cü il yanvarın 1-dən iyunun 30-dək 1,2 milyard yumurta alacaq.

Avrasiya İqtisadi İttifaqının ticarət naziri Andrey Slepnyovun sözlərinə görə, 2020-ci ildən bəri uzaq xaricdən yumurta tədarükü yoxdur, çünki Aİİ ölkələrinin özünü təmin etmə səviyyəsi yüksək olub.

“Amma indi belə bir ehtiyac yaranıb, çünki epidemiya vəziyyətinə görə (yəni quşçuluq fabriklərində xəstəliklərin baş verməsi səbəbindən, red.) istehsal azalıb”, – məmur qeyd edib.

Slepnyov əlavə edib ki, gömrük imtiyazı lazımi alış-verişin, xüsusən də Türkiyə və İrandan həyata keçirilməsinə kömək edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki