image-1backend

Rusiya Paris 2024-də ilk medalını qazandı

image-reklam_sirab_01

Rusiya Parisdə keçirilən Olimpiya Oyunlarında ilk medalını qazanıb.

Vətəninfo.az xəbər verir ki, qadınların cütlük tennis yarışlarının finalında rusiyalı Mirra Andreeva və Diana Şnayder Sara Errani və Jasmine Paolini (İtaliya) ilə qarşılaşıb və üç setdə məğlub olublar: 6:2, 1:6, 7:10.

Bu rusiyalıların ilk medalı olub.

İtaliya isə tennis üzrə ilk Olimpiya çempionluğunu qazanıb.

Davam edən Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiya idmançıları yalnız fərdi yarışlarda, neytral statusda və öz dövlət bayraqları və ölkələrinin adı çəkilmədən yarışırlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image