Rusiya cavab olaraq Moskvadakı Rumıniya səfirliyinin bir əməkdaşını “persona non qrata” elan edib. Vətəninfo.az-ın məlumatına görə , bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Avqustun 27-də Rumıniyanın Rusiyadakı müvəqqəti işlər vəkili Liliana Burda Rusiya Xarici İşlər Nazirliyinin Dövlət Protokolu Departamentinə çağırılıb və nazirliyin Moskvadakı Rumıniya səfirliyinin əməkdaşını persona non qrata elan edən notasını təqdim edib”, – deyə açıqlamada bildirilir.
Departament vurğulayıb ki, “bu tədbir Rumıniya tərəfinin əvvəllər Buxarestdəki Rusiya səfirliyinin əməkdaşını persona non qrata elan etmək barədə qəbul etdiyi əsassız qərara cavabdır”.
Rumıniya Xarici İşlər Nazirliyi daha əvvəl Rumıniya Hərbi Hava Qüvvələrinin üç gün ərzində ölkənin milli hava məkanında üç dronu vurmasından sonra Buxarestin bir rus diplomatını ölkədən çıxardığı barədə açıqlama vermişdi. Rumıniya tərəfi onların Rusiyaya məxsus olduğunu iddia edir.
Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Fadeev bildirib ki, Rusiya Rumıniya tərəfinin müvafiq tədbirinə cavab olaraq səfirini Buxarestdən geri çağırmayacaq, lakin rusiyalı diplomatın deportasiyasına müvafiq cavab verəcək.


























