image-reklam-veteninfo
image-1backend

Rusiya Xarici İşlər Nazirliyi: Ermənistan uçuruma doğru gedir

image-reklam-veteninfo

Brüsselin Ermənistana vəd etdiyi dəstək tədbirləri reallıqdan çox uzaqdır.

Vətəninfo.az xəbər verir ki, bunu RİA Novosti agentliyinə verdiyi müsahibədə Rusiya Xarici İşlər Nazirliyinin Avropa məsələləri departamentinin direktoru Vladislav Maslennikov bildirib.

İyul ayında Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Aİ-nin Ermənistana 52 milyon avro yardım edəcəyini açıqladı. O, həmçinin Aİ bazarına idxal edilən Ermənistan mallarının 80 faizinin tarifsiz olacağına söz verdi.

Diplomat qeyd edib ki, “Avropalıların hazırda Ermənistana təklif etdiyi yardım tədbirləri əsasən deklarativ xarakter daşıyır”.

Onun sözlərinə görə, Aİ-nin daxili bazarı çox rəqabətlidir və yüksək səviyyədə tənzimlənir, Ermənistan məhsulları isə orada açıq qollarla qarşılanmayacaq. Eyni zamanda, o, Aİ-yə namizəd ölkələrin bəzən birliyə qoşulmaq üçün onilliklər gözlədiklərini xatırladıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki