image-2backend

Rusiyadan övladlarına toy etmək üçün gələn ata və ana dəm qazından ÖLDÜ

image-reklam_sirab_01

Lənkəranda Rusiya vətəndaşlarının meyiti tapılıb.

Modern.az xəbər verir ki, bu gün səhər saatlarında Lənkəran rayonunun Şilim kəndində Rusiya vətəndaşları olan 1974-cü il təvəllüdlü Qalib Sərdar oğlu Bağırov və həyat yoldaşı 1979-cu il təvəllüdlü Nəfisə Sahib qızı Bağırovanın meyitləri qaldıqları evdə tapılıb.

Onların 3 gün bundan əvvəl Lənkərana övladlarına toy etmək üçün gəldiyi bildirilir. Bu səhər yaxınları hazırlıq işləri görmək üçün onlara gedib və meyitlərini aşkarlayıblar.

Faktla bağlı araşdırma aparılır. (APA)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki