image-reklam-veteninfo
image-1backend

“Rusiyadan zəng olmayacaq”- Dmitri Peskov Alen Simonyanın açıqlamasına münasibət bildirib

image-reklam-veteninfo

Kreml Ermənistanda baş verən daxili siyasi proseslərə, o cümlədən ölkənin sabiq prezidenti Robert Köçəryanın saxlanılmasına münasibət bildirməkdən çəkinib.

“İnterfaks”ın məlumatına görə, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Peskov Ermənistanın Baş naziri Nikol Paşinyanın müxalifətə qarşı səsləndirdiyi ittihamlar və Robert Köçəryanın saxlanılması ilə bağlı sualı cavablandırarkən bildirib ki, Ermənistandakı daxili siyasi prosesləri şərh etmək istəmir.

“Ermənistanda hazırda çox mürəkkəb proseslər gedir”, – deyə Peskov qeyd edib.

Bununla belə, Kremlin sözçüsü Ermənistanda baş verən proseslərin ciddi şəkildə qanun çərçivəsində aparılacağına və siyasi proseslərin bütün iştirakçılarının hüquqlarına hörmət ediləcəyinə ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Robert Köçəryanla bağlı Rusiyadan hər hansı zəng almadıqlarını bildirib.

“Hazırda Rusiyadan Robert Köçəryanla bağlı heç kim zəng etməyib və ümid edirəm ki, heç kim zəng etməyəcək. Çünki bunun heç bir mənası yoxdur”, – Simonyan deyib.

Onun sözlərinə görə, Köçəryan və onun siyasi qüvvəsinin səsləndirdiyi fikirlər əsasən Moskvadan çıxış edən şəxslərin ritorikası ilə üst-üstə düşür.

Simonyan Robert Köçəryan və onun ailə üzvləri ilə bağlı axtarış və həbslərin parlamentdə “Ermənistan” blokunun deputatı, Köçəryanın oğlu Levon Köçəryanla Baş nazir Nikol Paşinyan arasında baş vermiş mübahisə ilə əlaqələndirilməsini də rədd edib.

“Bu, mümkün deyil”, – deyə o bildirib.

Simonyan baş verənlərin siyasi təqib olması barədə fikirlərlə də razılaşmayıb. O, Robert Köçəryan və onun ailəsi ilə bağlı cinayət işinin uzun müddət əvvəl açıldığını vurğulayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki