UEFA Çempionlar Liqasının pley-off mərhələsində Azərbaycan təmsilçisi “Sabah” İsrailin “Hapoel Beer-Şeva” klubu ilə qarşılaşıb.
Rumıniyanın paytaxtı Buxarestdə yerləşən “Giuleşti” stadionunda keçirilən görüşdə “Sabah” minimal fərqlə məğlub olub. Qarşılaşma “Hapoel Beer-Şeva”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçı İtaliyalı FIFA referisi Davide Massa idarə edib.
Komandalar arasında cavab oyunu avqustun 25-də Bakıda keçiriləcək. “Sabah” növbəti mərhələyə vəsiqə qazanmaq üçün doğma meydanda ən azı iki top fərqi ilə qalib gəlməlidir.
Qeyd edək ki, qarşılaşmanın Buxarestdə keçirilməsi neytral meydan amili ilə bağlıdır.


























