image-reklam-veteninfo
image-1609162431_qandalbackend

Sabunçu və Nəsimi rayonunda oğurluq edənlər saxlanılıblar

image-reklam-veteninfo

Paytaxtın Sabunçu rayonunda mağazaların birində talama faktı olub. Rayonun Maştağa qəsəbəsindəki marketin saxlanc yerində müştərinin gödəkcəsindən 1700 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 47 yaşlı R.Cəfərov müəyyən olunaraq saxlanılıb.

Nəsimi rayonunda isə bir nəfərə məxsus içərisində qızıl-zinət əşyası, 2 ədəd qol saatı olan çantanı talamaqda şübhəli bilinən X.Cəbrayılova da müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki