image-240608_mso2ipw3stbackend

“Saçlarım artıq yoxdur” – Partlayışda yaralanan modelin xəstəxanadan VİDEOSU

image-reklam_sirab_01

“Location” klubda baş verən partlayışda xəsarət alan model Təranə Rzayeva (Merlin) səhhətindən danışıb.

Veteninfo.az xəbər verir ki, hazırda xəstəxanada olan model vəziyyətinin yaxşılığa doğru getdiyini vurğulayıb.

“Narahat olan, dua edənlərə təşəkkür edirəm. İçində mərhəmət hissi olan, pis günə sevinməyənlərə çox sağ ol deyirəm. Bütün yazılanları oxuyuram. Cavablandırmağa halım olmur. Ayselə də Allah şəfa versin. Məni oradan çıxardan, xəstəxanaya aparan o insana təşəkkür edirəm. Mənə görə əziyyətə qatlandı. Sevinirəm ona görə ki, üzüm yanmayıb. Amma ona görə də üzülürəm ki, saçlarım yoxdur, gedib, hamısı yanıb”.

Qeyd edək ki, Baş Prokurorluğun məlumatına görə, Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” klubdakı partlayış nəticəsində hazırda ölənlərin sayı 1 nəfərdir (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova) 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, onlardan dördünün vəziyyəti çox ağır qiymətləndirilir. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki