image-29backend

Sahibə Qafarova: “Azərbaycan Ordusunun nəyə qadir olduğunu bütün dünya gördü”

image-reklam_sirab_01

“Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında layiqli yer tutur. Azərbaycan Silahlı Qüvvələrinin nəyə qadir olduğunu bütün dünya görüb”.

Veteninfo.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan Ordusunun döyüş taktikası dünyanın bir çox aparıcı ölkələrinin hərbi məktəblərində tədris olunur: “Düşmən bizim ordumuzun qarşısında tab gətirə bilməyib. Biz qan tökərək düşməni tarixi torapqlarımızdan qovduq. Bu gün Azərbaycan Bayrağı Qarabağda və Şərqi Zəngəzurda qürurla dalğalanır. Bu gün eyni zamanda, azad edilmiş ərazilərdə yenidənqurma, bərpa və tikinti işləri aparılır. Əminliklə söyləyə bilərik ki, Qarabağın və Şərqi Zəngəzur Azərbaycanın ən gözəl yerlərindən birinə çevriləcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki