image-1backend

Sahibə Qafarova İsveçrədə səfərdədir

image-reklam_sirab_01

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti mayın 15-də İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə gedib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Vətəninfo.az-a verilən xəbərə görə, Cenevrə Beynəlxalq Hava Limanında nümayəndə heyətini Azərbaycanın İsveçrədəki Səfiri Fuad İsgəndərov, BMT-nin Cenevrə bölməsində və digər beynəlxalq təşkilatlar yanında Azərbaycanın daimi nümayəndəsi Qalib İsrafilov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin spikeri Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin 1-ci iclasında iştirak edəcək, Qadın Parlament Sədrlərinin Sammitinə hazırlıq məqsədilə qadın parlament sədrləri ilə görüşəcək.

Nümayəndə heyətinə deputatlar Elnur Allahverdiyev, Soltan Məmmədov və digər rəsmi şəxslər daxildirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki