image-7bffdf76-4bf6-3dc8-a77c-5d9b6f810066_850-1backend

Sahibə Qafarova: “Müstəqilliyin Bərpası Günü xalqımızın unutmayacağı tarixdir”

image-reklam_sirab_01

“18 oktyabr – Müstəqilliyin Bərpası Günü xalqımızın unutmayacağı tarixdir. Ötən əsrin 90-cı illərinin əvvəlini hər kəs yaxşı xatırlayır. Həmin vaxt dövlətin idarə edilməsi, eləcə də xarici və daxili siyasətin həyata keçirilməsində kobud səhvlərə yol verilmişdi. Bütün bunlar Azərbaycan ərazilərinin işğalına şərait yaratmaqla yanaşı çox sayda insanların yurdlarından didərgin düşməsinə səbəb oldu”.

Bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin oktyabrın 18-də keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

O deyib ki, ümummilli lider Heydər Əliyevin şəxsi müdaxiləsi olmasaydı, müstəqil Azərbaycan dövlətinin varlığından danışmaq olmazdı:

“Onun siyasətə qayıtması 1993-cü ildə Ali Sovetin sədri seçilməsi ilə başlamışdı. Heydər Əliyev 4 ay ərzində parlamentin sədri vəzifəsində çalışması peşəkar fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə imkan verdi. Həmin uğurlu siyasət sonradan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində real təcəssümünü tapıb. Bütün sahələrdə əldə edilən uğurlar bu gün bütün dünyanın diqqətini Azərbaycana cəlb edib”.

“Otuzillik həsrətdən sonra dövlətimizin taleyüklü problemi həll edildi, ərazi bütövlüyümüz bərpa olundu, cinayətkarlar layiqli cavablarını aldı. Azərbaycan gələcəyə inamla baxan güc mərkəzi və söz sahibi olan qüdrətli dövlətə çevrilib. Prezident İlham Əliyevin apardığı siyasət Azərbaycan dövlətini və xalqı indiyə qədər olduğu kimi, bundan sonra da qələbədən qələbəyə, uğurdan uğura aparacaq”, – spiker əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki