image-1backend

Sahibə Qafarova Simonyanla görüşəcək – TARİX

image-reklam_sirab_01

Milli Məclisin sədri Sahibə Qafarova Ermənistan parlamentinin sədri Alen Simonyanla növbəti dəfə görüşəcək.

Vətəninfo.az xəbər verir ki, məlumatı Ermənistan parlamentinin mətbuat ximdəti yayıb.

Görüş mayın 16-da Cenevrədə baş tutacaq.

Bildirilir ki, Ermənistan nümayəndə heyəti mayın 15-18-də Parlament sədrlərinin VI Ümumdünya Konfransının hazırlıq komitəsinin iclasında iştirak etmək üçün Cenevrədə olacaq.

Xatırladaq ki, Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində martın 22-də Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarovanın və Alen Simonyanın ikitərəfli görüşü olub. Görüş Parlamentlərarası İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə təşkil olunub.

Aparılmış müzakirələr zamanı Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqları fonunda iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək göstərə biləcəyi məsələlər nəzərdən keçirilib

Tərəflər parlament səviyyəsində dialoqun aparılması imkanlarını nəzərdən keçirmək barədə razılığa gəliblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image