Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının növbəti ildönümü münasibəti ilə öz facebook və tviter səhifələrində status yazıb.
Veteninfo.az xəbər verir ki, statusda deyilir: “Bu gün Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur. “Bir millət iki dövlət” şüarına əsaslanan və dünyada bənzəri olmayan Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır, əbədidir!”