image-reklam-veteninfo
image-1backend

Şahzadə Harri və Elton Con böyük məbləğdə cərimə ödəyəcəklər

image-reklam-veteninfo

London Ali Məhkəməsi Şahzadə Harri, dünyaca məşhur müğənni Elton Con və bir neçə digər məşhura uduzduqları məhkəmə iddiası ilə bağlı ümumilikdə 13 milyon dollarlıq məhkəmə xərclərini ödəməyi əmr edib.

Vətəninfo.az xəbər verir ki,The Daily Mail qəzetinə qarşı iddia qaldırılıb və onların telefonlarına haker hücumu təşkil etdikləri iddia edilib.

Xatırladaq ki, 7 iyulda İngiltərə və Uels Ali Məhkəməsi Associated Newspapers Limited şirkətinə qarşı yuxarıda qeyd olunan iddianı rədd etmişdi. Qeyd etmək lazımdır ki, iddiaçılar arasında Elizabet Hörli, Seydi Frost, Lordlar Palatasının üzvü Dorin Lourens və İcmalar Palatasının keçmiş üzvü Saymon Hyuz da var.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki