Qarabağ Müharibə Cinayətləri Araşdırma Komissiyasının (KASSAK) sədri hörmətli Salih Kurt, TİNGADER Türkiyə jurnalının 2024-cü ilin dekabr sayında xüsusi bir məqalə ilə çıxış edib. “Gazze’de İnsanlıq Krizi” başlıqlı yazısında, Qəzzədəki humanitar vəziyyəti və orada baş verən insanlıq faciələrini dərindən analiz edib.
Hörmətli Kurt, məqaləsində Türkiyədə qurulması planlaşdırılan beynəlxalq Savaş Cinayətləri Məhkəməsi (USSAM) haqqında da məlumat verib və bu təşəbbüsün artıq son mərhələyə çatdığını vurğulayıb. “Karabağ xalqına edilən soyqırımla yanaşı, Qəzzə, Srebrenitsa, Arakan, Doğu Türkistan kimi zülmə məruz qalan millətlər üçün də ümid qapısı açmaq və ədaləti Türkiyədən bütün dünyaya təbliğ etmək niyyətindəyik,” – deyə bildirib.
TİNGADER Türkiyə jurnalının dekabr sayının 68-ci səhifəsində dərc edilən məqalədə, Qəzzədəki böhranla bağlı geniş açıqlamalar yer alır. Bundan əlavə, 70-ci səhifədə TİNGADER-in sədri hörmətli Mehmet Ali Çelik bəyin Salih Kurt haqqında yazısı da təqdim edilib.
Hörmətli Çelik, “MHP Başqanı Dr. Dövlət Bahçəliyə Çağrı” adlı yazısında, həm Salih Kurtun fəaliyyətlərindən bəhs edib, həm də KASSAK Komissiyasının beynəlxalq müstəvidəki uğurlarını vurğulayıb.
https://tingader.org/index.php/en/i-letisim/aralik-sayisi-07