image-interpress_f40fca7842714407a8eceb85048b05d5_uqyswfgjv38p7o05atil-640x336backend

Şamaxı DYP sində özbaşnalıq-ŞİKAYYƏT

image-reklam_sirab_01

Ölkəmizin bəzi yerlərində, xüsusən də gözdən-könüldən uzaq bir sıra rayonlarda bir sıra yol polisi əməkdaşlarının özbaşınalığı, sürücülərin əsassız təqib edilmələri problemlər dəfələrlə ictimai müzakirəyə çıxarılsa da, təəssüf ki, belə hallar hələ də mövcuddur. Əfsuslar ki, mətbuatın yazdıqlarının bəzilərinə heç bir faydası yoxdur ki, yoxdur. Hər dəfə bu özbaşınalıqlar bir faciə, bir bədbəxtçilik və bir problem yaradır. Düzdür, hüquq-mühafizə orqanlarının rəhbərliyi belə özbaşnalıqlara qarşı tədbirlər görsə də, bu cür özbaşınalıqlara son qoyulmur. Lakin bütün bunlara baxmayaraq, özbaşınalığın pik nəticəsi olan faciələr baş verir. Yol polisinin özbaşınalıqları hər dəfə müəyyən problemlərlə nəticələnir.

Şamaxı rayonuna təhkim olan, hər gün bu rayonda və rayonətrafı yollardaonlarla sürücünü qanunsuz təqib edən, onlara qarşı qanunsuz cərimələr tətbiq edəcəyi ilə hədələyib sürücülərdən nəsə alan bəzi yol polislərinin özbaşınalığı sakinlərin haqlı narazılıqlarına səbəb olur. Belə ki, Şamaxı rayon sakinlərinin sözlərinə görə, bu yaşayış məskənində xidmət keçən yol polisləri, Respublika Dövlət Yol Polisinə məxsus avtomobillərlə bir sıra hallarda özbaşınalıqlar edir, bəzən hətta avtomobilləri qanunsuz təqib edirlər. Yol polisinin onları şərləyib nəsə alacağından ehtiyatlanırlar.

Bəzi hallarda Şamaxı sakinlərinə məxsus fərdi maşınlar heç bir əsas olmadan saxlayraq cərimə meydançasına aparılır. Saxlanma zamanı protolol tərtib olunmur və sürücülərdən avtomobili geri vermək üçün nələrsə tələb olunur.

Şamaxı DYP-də xüsusi canfəşanlığı ilə seçilən əməkdaşlarlndan biri də Şükür Atakişiyevdir. Rayondan verilən məlumata görə Şükür Atakişiyev sürücülərin “qəniminə” cevirilib. Adı çəkilən DYP əməkdaşı ilə bağlı araşdırmamız davam edir. Növbəti yazımızda bu haqda ətraflı məlumat verəcəyik.

 

İstinad:İnterpress.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki